- Rusiya və İran
- 17:55
- 992
İran prezidenti: Mən 1000 dollar maaş alıram
İranda milli valyuta olan rial xarici valyutalara qarşı sürətlə dəyərini itirib.
Buna görə də, ölkədə yaranan iqtisadi böhranlar son aylarda qanlı nümayişlərə də səbəb olub.
İrana əyalət səfəri çərçivəsində Gülüstan əyalətinə səfəri zamanı Prezident Məsud Pezeşkian tibbi xidmətlərdə yönləndirmə sisteminin irəliləyişini qiymətləndirən iclasda çıxış edib və mövzu ilə bağlı açıqlamalar verib.
"Prezident kimi mən min dollar maaş alıram."
Məsud Pezeşkian İranın keçmiş prezidenti Məhəmməd Xatəminin prezidentliyi dövründə səhiyyə nazirinin müavini işlədiyi dövrdən bir hekayə danışaraq deyib:
"Bir gün bir kəndə getdik. Oraya çatanda hər ikisi həkim olan evli bir cütlüyün gecəyə qədər işlədiyini gördük. Bu, onlara yaxşı maaş verməyimizlə bağlı idi. O vaxt 6000 tümən 6000 dollara bərabər idi. Valyutanın devalvasiyası ilə bu gün mən prezident olaraq 1000 dollar maaş alıram. Problem budur. Amma bütün bunlardan əlavə, biz lap əvvəldən profilaktik tədbirlərə və səhiyyə mərkəzlərinə üstünlük verməliyik. Bu sahəyə ciddi və düzgün büdcə ayrılmalıdır. Əslində, eyni büdcədən istifadə edərək bu qurumlarla möhkəm və düzgün müqavilələr bağlana bilər", - deyə o bildirib.
Mövsüm,
AzNews.az