- Rusiya və İran
- 16:15
- 1 761
Lavrov Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə İran və Qəzzadakı vəziyyəti müzakirə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudla telefon danışığı zamanı ABŞ-ın İrana və Qəzza zolağına təzyiqini müzakirə edib.
Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin saytında bildirilir ki , "beynəlxalq və regional gündəmdə olan bir sıra aktual məsələlər, o cümlədən Fələstin-İsrail sülh prosesi, İran ətrafındakı vəziyyət və Yəməndəki vəziyyət ətrafında fikir mübadiləsi aparılıb" .
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov və Əl-Səud Yaxın Şərqdə yeni eskalasiyanın qarşısını almaq və gərginliyi azaltmaq üçün vahid beynəlxalq səy göstərməyə çağırıblar.
Mövsüm,
AzNews.az