- Rusiya və İran
- 17:34
- 1 884
İranın ABŞ bazasına atdığı raket boş depoya düşüb
ABŞ rəsmisi Fox News-a açıqlamasında İrana qarşı həyata keçirilən hərbi zərbələrin bir neçə saatlıq əməliyyatla məhdudlaşmayacağını, prosesin günlərlə davam edə biləcəyini bildirib. Məlumata görə, əməliyyatlar planlaşdırılmış şəkildə mərhələli xarakter daşıyır.
Eyni zamanda rəsmi və digər bir mənbə Fox News-a təsdiqləyib ki, İranın Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasına endirdiyi raket zərbəsi nəticəsində itki qeydə alınmayıb. Bildirilir ki, raket bazadakı boş anbara düşüb və insan tələfatı baş verməyib.
Qeyd edək ki, tərəflər arasında gərginlik son günlər daha da artıb və bölgədə vəziyyət diqqətlə izlənilir.
AzNews.az