- Rusiya və İran
- 19:58
- 1 991
BƏƏ İranın yeni raket və dronlarını zərərsizləşdirib - SON DƏQİQƏ
Birləşmiş Ərəb Əmirliklərinin dövlət xəbər agentliyi WAM Müdafiə Nazirliyinin İranın yeni raket və dron dalğasını zərərsizləşdirdiyini açıqlayıb.
Daha əvvəl dövlət mediası Əbu-Dabidə bir nəfərin öldürüldüyünü bildirmişdi .
Bu arada Bəhreyndə Daxili İşlər Nazirliyi ölkə daxilində həyacan siqnallarının çaldığını bildirib.
Nazirlik sakinlərdən zəruri olmadıqca və səlahiyyətlilər prosedurları tamamlayana qədər çölə çıxmamağı xahiş edib.
Bəhreyn daha əvvəl öz ərazisinə hücumu təsdiqləyib və ABŞ-ın Beşinci Donanmasının xidmət mərkəzinə zərbə endirildiyini bildirib.
Bir neçə Körfəz Ərəb dövləti İran raketlərinin hədəfə alındığını bildirib.
AzNews.az