Rusiya son 24 saatda Ukraynanın rekord sayda PUA-sını vurub

Rusiya son 24 saat ərzində Ukraynanın 754 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu xüsusi hərbi əməliyyat (Ukrayna müharibəsi-red) sutka ərzində vurulan dronların sayına görə rekord göstərici hesab olunur. Bundan əvvəl, 2025-ci ilin may ayında Rusiya sutka ərzində 524 Ukrayna PUA-sını vurduğunu açıqlamışdı.

Bundan başqa, Rusiya MN Ukrayna Silahlı Qüvvələrini dəstəkləyən enerji infrastrukturu obyektlərinə, eləcə də Ukrayna hücum dronları üçün təlim və buraxılış məntəqələrinə zərbələr endirdiyini açıqlayıb.