- Rusiya və İran
- 14:49
- 852
İsrail: İranın kəşfiyyat naziri öldürüldü
İran, İsrail və ABŞ arasında davam edən münaqişə 19-cu gününə çatarkən, müharibənin gedişinə təsir edə biləcək yeni iddialar ortaya çıxıb.
Bəzi beynəlxalq media qurumlarının məlumatına görə, İranın kəşfiyyat naziri İsmayıl Xətib Tehranda gecə saatlarında həyata keçirilən hava zərbəsinin hədəfi olub. Hücumdan sonra onun öldüyü iddia edilib.
İran rəsmiləri tərəfindən bu məlumat hələlik nə təsdiqlənib, nə də təkzib olunub.
Bundan əvvəl İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricaninin öldürüldüyü barədə yayılan iddialardan sonra bu xəbər ölkədə yüksək vəzifəli şəxslərin hədəf alındığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mövsüm,
AzNews.az