İran ABŞ-ın “E-3 Sentry” xüsusi kəşfiyyat təyyarəsini vurub

Martın 27-də İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan Hərbi Hava Bazasına raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində ABŞ-a məxsus xüsusi kəşfiyyat təyyarəsi də zədələnib.

Bu barədə “The Wall Street” Journal Amerika və ərəb rəsmilərinə istinadən məlumat yayıb.

Cümə günü Şahzadə Sultan Hərbi Hava Bazası hücuma məruz qalıb. Nəticədə 12 amerikalı hərbi qulluqçu yaralanıb, bir neçə təyyarə, o cümlədən iki ədəd “GKC-135” yanacaqdoldurma təyyarəsi zədələnib.

Zədələnən təyyarələr arasında real vaxt rejimində döyüşlərdə uzaq məsafədən raketləri, pilotsuz aparatları və təyyarələri izləmək üçün istifadə olunan erkən xəbərdarlıq və idarəetmə sisteminə malik “E-3 Sentry” də olub.

“E-3 Sentry” hava əməliyyatlarının koordinasiyasında və yaxınlaşan təhlükələrə qarşı cavab tədbirlərinin idarə olunmasında mühüm rol oynayır. Bu, ABŞ-ın Fars körfəzində baş verənləri izləmək və situasiya məlumatlılığını qorumaq qabiliyyətini zəiflədir.

Qeyd olunub ki, bu tip təyyarələr ABŞ Ordusunda məhdud saydadır və onları əvəzləmək çətindir.

Aznews.az