- Rusiya və İran
- 11 İyun 22:32
- 1 850
İranda sərnişin qatarı relsdən ÇIXDI
İranda sərnişin qatarı relsdən çıxıb.
AzNews.az xəbər verir ki, bu haqda “Mehr” agentliyi məlumat yayıb.
Bildirilir ki, Türkmənçay yaxınlığında Təbriz-Məşhəd sərnişin qatarı qəzaya uğrayıb və marşrutu relsdən çıxıb.
Qəza barədə məlumat verildikdən dərhal sonra Qızıl Aypara Cəmiyyətinin xilasetmə və əməliyyat qrupları hadisə yerinə göndərilib və hazırda vəziyyətin araşdırılması, xilasetmə tədbirlərinin həyata keçirilməsi, dəymiş ziyanın həcminin qiymətləndirilməsi aparılır.