Brilliantın bacısı ər namizədinə “yox” dedi – Axtarışa davam edəcək

Xalq artisti Brilliant Dadaşovanın bacısı, Sədaqət Dadaşova Türkiyənin “Fox” kanalının “Zuhal Topalla İzdivac” proqramında tapdığı namizəddən imtina edib.



AzNews.az xəbər verir ki, verilişin növbəti yayımında S.Dadaşova Adnan adlı iştirakçı ilə ailə qura bilməyəcəyini söyləyib. O, bildirib ki, Adnan bəylə razılaşa bilməyiblər: "Biz danışdıq, amma olmadı, anlaşa bilmədik".

Adnan isə bildirib ki, əsas məsələ S.Dadşovanın Azərbaycanda, özünün isə Almaniyada yaşamasdır: "Sədaqət xanım dəyərli bir anadır. Ana kimi Azərbaycanda görmək istədiyi işlər var. Bununla bağlı Azərbaycanda qalmalıdır. Mən də Almaniyada yaşayıram. Buna görə bizimki alınmadı".

Sonra S.Dadaşova "Sizə salam gətirmişəm" mahnısının sədaları altında namizədi Adnanın ona verdiyi hədiyyəni geri qaytarıb.

S.Dadaşova bundan şouda iştirakını davam etdirəcək.

Qeyd edək ki, S.Dadaşovanın evlilik proqramına qatılması cəmiyyətdə birmənalı qarşılanmayıb. Keçmiş həyat yoldaşı Rafael Dadaşov baş verənlərdə baldızı B.Dadaşovanı ittiham edib. B.Dadaşova isə onun adını hallandıran R.Dadaşova sərt cavab verib: "O niyə evində tək ölməlidir ki?! Axmaq insanlar məndən nə istəyir? Onların özünü araşdırsan nə qədər çirkab tapmaq olar. Öz gözlərində tiri görmürlər, başqasının gözündə tük axtarırlar. Səviyyəsiz insanlara hesabat vermək fikrim yoxdur".

Bahar RÜSTƏMLİ
AzNews.az