Klipin təqdimatı noyabrın sonunda olacaq Klipin təqdimatı noyabrın sonunda olacaq

Nigar Camal Suraxanıda...

Klipin təqdimatı noyabrın sonunda olacaq



"Eurovision - 2011"-in qaliblələrindən olan müğənni Nigar Camal yeni klipini hazırlayıb. AzNews.az-ın məlumatına görə, müğənni ifa etdiyi "Sevdiyimə nifrət edirəm" adlı mahnısına klipi Suraxanı qəsəbəsində gerçəkləşib.

Rejissor Aleksey Lamaxın ekranlaşdırdığı klipin təqdimatı noyabrın sonunda olacaq.

Qeyd edək ki, "Sevdiyimə nifrət edirəm" mahnısının müəllifləri İsa Məlikov və onun həyat yoldaşıdır. Layihənin rəhbəri Olqa Danyukovadır.

Fuad Mədətov
AzNews.az