Tanınmış şoumen Kamran Həsənlinin vəkili Türkel Süleyman müğənni Samir Piriyevin daxili işlər naziri Ramil Usubova müraciət etməsiylə bağlı məsələyə münasibət bildirib. Tanınmış şoumen Kamran Həsənlinin vəkili Türkel Süleyman müğənni Samir Piriyevin daxili işlər naziri Ramil Usubova müraciət etməsiylə bağlı məsələyə münasibət bildirib.

Kamran Həsənlinin vəkili: “80 min pul verəsən, amma yadında qalmaya”

Tanınmış şoumen Kamran Həsənlinin vəkili Türkel Süleyman müğənni Samir Piriyevin daxili işlər naziri Ramil Usubova müraciət etməsiylə bağlı məsələyə münasibət bildirib.


T.Süleyman AzNews.az-a açıqlamasında Samir Priyevin şoumenin bacısı Gülər Həsənlidən şantaj vasitəsi kimi istifadə etdiyini vurğulayıb: "Samir özünü nə sayır? Kamran güc naziridir, yoxsa Baş Prokurordur ki, müstəntiq ondan qorxa. Ötən dəfə mətbuata açıqlama verib ki, Kamrandan çəkinirlər. Niyə çəkinməlidirlər? Bizim istintaq orqanları MTN-nin generallarından çəkinmədilər, Kamrandan çəkindilər? Azərbaycanın istintaq orqanları yeri gələndə generalları həbs edir. Məsələ ondan ibarətdir ki, bu iş Samirin böhtan və yalan ərizəsi əsasında açılıb. Deyir ki, Kamran ona biznes üçün söz verib, sonra gedib Türkiyədə baxıb ki, həmin yerdə heç nə yoxdur, boş səhradır. Amma sonra istintaqa etiraf edib ki, həmin obyektlər mövcuddur, sahibini də görüb. O, Gülər xanımdan sadəcə şantaj üçün istifadə edir. Azərbaycan mentalitetidir də, düşünüb ki, bacısı ilə şantaj etsin".

T.Süleyman onu da əlavə edib ki, G.Həsənli bu prosesdə şahid qismindədir: "Bu günə kimi Gülər xanıma heç bir bildiriş gəlməyib. Samir ərizəsində yazıb ki, pulu Bakıda Kamran Həsənliyə verib. Belə olan halda Güllər xanımlıq heç nə qalmır. Əgər siz pulu mənə vermisinizsə, mənim bacımın, qardaşımın bura nə aidiyyəti? Pulu verdiyin şəxsdən tələb elə. Əslinə qalsa o, pulu Kamrana deyil, obyektə verib. Görəndə ki, yalanları üzə çıxır, başladı Güləri bu oyuna salmağa. Şahidi deyir ki, pulu 2009-cu ildə Heydər Əliyev Mərkəzinin yanında maşında vermişəm. Halbuki həmin il o mərkəz tikilməyib. Sonra dedi ki, prezident iqamətgahının yanında çayxanada vermişəm. 80 min pul verəsən, amma yadında qalmaya ki, onu harada və necə vermisən?"

T.Süleyman onu da əlavə edib ki, biznes əlaqələri olan yerdə heç bir dələduzluqdan söhbət gedə bilməz.

Qeyd edək ki, S.Piriyev daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətdə o, Kamran Həsənlinin bacısı Gülər Həsənli ilə əlbir olub ona qarşı dələduzluq edərək 115 min dollar aldığını və həmin məbləğin 35 min dollar qaytarıldığını, 80 min dolları isə müxtəlif bəhanələr gətirilərək qaytarmaq istəmədiklərini bildirib. O, həmçinin bu faktla bağlı başlanılmış cinayət işinə maneələr törədildiyini, Gülər Həsənlinin istintaqdan yayındığını qeyd edib.

Bahar RÜSTƏMLİ
AzNews.az