O, muğam sənətindən gedə bilər – FOTOSESSİYA

Xalq artisti Aygün Bayramovadan muğam dərsləri alan müğənni Zarina Məmmədova estrada janrında mahnılar oxumadığına görə onu qınayanlara cavab verib.

Müğənni AzNews.az-a açıqlamasında bildirib ki, ustad sənətçilərin fikri onun üçün daha önəmlidir: "Qınasalar da, bu mənim üçün elə də əhəmiyyətli deyil. Ustadlarımın fikri mənim üçün daha önəmlidir. Onlar həmişə deyiblər ki, musiqi bir ağacın budaqları kimidir. Yəni ki, müğənni pop da, vokal da, xalq mahnıları və başqa janrlarda da mahnı oxumağı bacarmalıdır. Təbii ki, muğam bütün janrların şahıdır. Muğamı biləndən sonra başqa janrlarda mahnı oxumaq çətin olmayacaq. Çalışıram elə mahnılar ifa edim ki, xanəndəlik sənətimə xələl gətirməsin. Bu gün ustadlarım məni estrada mahnıları oxumağıma görə qınamasalar da, muğam sənətindən getməyimi istəmirlər".

Z.Məmmədova yaradıcılığından danışaraq, 2013-cü ildə muğam sənətindən bəhs edən möhtəşəm layihəsini təqdim edəcəyini söyləyib: "Hazırda bu layihə üzərində çalışıram. Layihə "Muğam" adlı mahnıdan ibarətdir. Mahnının musiqisi Elçin İmanova, sözləri Vahid Əzizə məxsusdur. Bu mahnını avqust ayında təqdim etdik. Çox güman ki, mahnının adını dəyişdirib "Azərbaycan muğamı" adı ilə əvəz edəcəyik. Səbəb isə muğamın dəqiq olaraq Azərbaycana məxsus olmasını bildirməkdir. Çünki mahnıda muğamlarımızın hamısının adı çəkilir. Mahnıya klip də çəkiləcək və klipi Beynəlxalq Muğam Festivalına saxlayacağam. Mahnıya çəkilən klipin rejissoru Mahir Dərviş ola bilər".

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description