Emil Bədəlov boşanan müğənnilərdən danışdı

Yenicə ailə quran müğənni Emil Bədəlov haqqında yayılan ailə məsələləriylə bağlı şayiələrdə adının hallanmasından narahatdır.

Bu barədə AzNews.az-a danışan müğənni bildirib ki, ailəsində heç bir problem yoxdur: "Əgər kim belə bir söhbəti yayıbsa, Allah onun bəlasını versin! Şükür Allaha, hər şey çox yaxşıdır. Ailə münasibətlərim işlərimə necə pis təsir edə bilər ki, son zamanlar 3 yeni hit mahnılarım yayımlanır?".

E.Bədəlov müğənnilərin şəxsi həyatlarında baş verən mənfi amillərin cəmiyyətə təsirindən də danışıb: "Əlbəttə ki, müğənni cəmiyyətə təsir edə bilər. Çünki gənc oğlan və qızlar sənətçilərin geyimlərinə, nitqlərinə, davranışlarına və başqa bu kimi xüsusiyyətlərinə baxıb ibrət götürürlər.

Ümumiyyətlə, mən boşanmaya yaxşı baxmıram. Amma boşanma bir-iki amilə görə qəbulediləndir: ya xəyanət, ya da ruhi xəstəliklə bağlı... qalan nə varsa, gərək, yola verəsən".

Fuad Mədətov
AzNews.az