- Köhnə - Şou-biznes
- 9 Oktyabr 2016 15:00
- 7 310
İlhamə Quliyevanın evində klip çəkildi - Video
Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın sağlığında işıq üzü görməyən “Hədiyyəm olsun” adlı mahnısına klip çəkilib.
AzNews.az xəbər verir ki, müğənni Ramal İsrafilovun İlhamə Quliyeva ilə ifa etdiyi mahnıya həsr olunan klip sənətkarın xatirəsinə həsr olunub. Mahnının sözləri Ülviyyə Könülə, musiqisi isə Ramala aiddir.
Klip mərhum müğənninin yaşadığı mənzildə lentə alınıb.
Klipin rejissoru Nail Naiboğludur.
Bahar RÜSTƏMLİ
AzNews.az