Dünya şöhrətli DJ Bakıda - FOTOSESSİYA

Sabah dünya şöhrətli DJ Mark Knight Bakıda möhtəşəm konsert proqramıyla çıxış edəcək.

AzNews.az-ın məlumatına görə, konsert proqramıyla əlaqədar möhtəşəm "Hezz" klubda keçirilən mətbuat konfransında məşhur DJ və onun solo çıxışı haqqında geniş məlumat verilib.

Belə ki, mətbuat konfransını açıq élan edən teleaparıcı Rüfət Ağayev bildirib ki, dekabrın 7-də "Hezz"-də klub mədəniyyətinin ən möhtəşəm hadisəsi olacaq: "Mark klub və restoran səhnəsində planetin ən aparıcı house-prodüserlərindən biridir və məşhur "Toolroom Records" markasının təsisçisidir. O, hər bir bir klub mədəniyyəti pərəstişkarına yaxşı məlum olan bir addır. Mark öz dahi yanaşması və auditoriyanı qısa zamanda alışdırmaq bacarığıyla deyil, həmçinin, inanılmaz enerjisiylə məşhurlaşıb. "Ultra Music Festival Miami"də fasiləsiz 7 saat pult arxasında dayanaraq, rekorda imza atıb. O, "yeni məktəbin lideri", "House Music Awards" (HMA) mükafatının sahibdir. Bir il ərzində 40-dan çox ölkədə olan Mark Knight, 30 gün ərzində 20-yə yaxın konsert proqramıyla çıxış edib. Bundan başqa, Mark "Kiss 100 Awards" mükafat mərasimin ən yaxşı DJ-yi seçilib".

Mətbuat konfransında çıxış edən "Hezz" klubun piar meneceri Elvir Salamov isə konsert proqramıyla bağlı danışıb: "Mark dünyanın 100 ən yaxşı DJ-lərindən biri olduğu üçün ona maraq var. Buna görə də konsert üçün nəzərdə tutulan biletlər kifayət qədər satılıb. Ayaqüstü giriş şərtləri var: bunun üçün biletlər 30-50 manat arasında dəyişir. İlk olaraq səhnədə bizim öz DJ-lərimizin (DJ Elio Sanchez və DJ Hazy) çıxışı olacaq və ardınca gecə saat 01:00-da Mark Knight səhnədə görünəcək".

Tədbirdə Əməkdar artist Tünzalə Ağayeva və ifaçı Miri Yusif də iştirak ediblər.

Qeyd edək ki, konsert proqramı sabah-dekabrın 7-də gecə saat 23:00-da "Hezz" klubda olacaq.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description