- Köhnə - Şou-biznes
- 10 Dekabr 2012 17:09
- 2 217
Azərinin verilişi dayandırıldı?

AzNews.az-ın məlumatına görə, buna səbəb əməkdar artist Azərinin Beynəlxalq Hüquqların Müdafiə günü ilə bağlı Amsterdamda keçirilən irimiqyaslı tədbirə dəvət alması olub.
Azərin artıq bu mərasimdə iştirak edib və Azərbaycan mahnısını ifa etməklə qonaqların böyük alqışını qazanıb. Azərinin Azərbaycan hüdudlarından kənarda fəaliyyəti və məhz beynəlxalq səviyyədə keçirilən bu kimi tədbirlərdə Azərbaycanın səsinin eşidilməsi, musiqimizin, mədəniyyətimizin təbliği təqdirəlayiq hal kimi qiymətləndirilib.
Əməkdar artist Avropa səfəri barədə daha ətraflı məlumatı Türkiyəyə qayıtdıqdan sonra verəcək.
Fuad Mədətov
AzNews.az