Azərbaycanlı iştirakçıların “O Səs Türkiyə”dən uzaqlaşdırılması medyada səs küyə səbəb oldu. Həmin iştirakçılar Zülfü Əsəsdov, Müşviq Əliyev, Nofəl Aslanov, İlham Nəzərov və Gülşən İbadovadır. Azərbaycanlı iştirakçıların “O Səs Türkiyə”dən uzaqlaşdırılması medyada səs küyə səbəb oldu. Həmin iştirakçılar Zülfü Əsəsdov, Müşviq Əliyev, Nofəl Aslanov, İlham Nəzərov və Gülşən İbadovadır.

Acunun köməkçisi azərbaycanlı iştirakçılar haqda - “Daha yaxşı performans göstərərdin, səni seçərdik”

Azərbaycanlı iştirakçıların “O Səs Türkiyə”dən uzaqlaşdırılması medyada səs küyə səbəb oldu. Həmin iştirakçılar Zülfü Əsəsdov, Müşviq Əliyev, Nofəl Aslanov, İlham Nəzərov və Gülşən İbadovadır.

A24.az xəbər verir ki, Acun Ilıcalının köməkçisi Nazlı Sütçü bütün bu məqamlara aydınlıq gətirib. ” Dünyanın bir çox ölkələrindən bizim layihəyə iştirakçılar qatılır. Xüsusən də, Azərbaycan bu məsələdə birinci yerdədir. Biz azərbaycanlılara daha həssas yanaşırıq, onları görəndə çox sevinirik. “Azərbaycan və Türkiyə birdir” deyə düşünürük. Kənarlaşdırılan iştirakçılara da orda açıqlama verildi ki, “daha yaxşı performans göstərərdin, səni seçərdik, digərini deyil”. Biz hər il Azərbaycandan nə qədər iştirakçı qəbul edirik. Biz onları öz məmləkətimizin vətəndaşlarından biri kimi qəbul edirik. Hazırda layihədə 4 ən yaxşı azərbaycanlı iştirakçı yarışır. Bu yarışmanın birincisi, çempionu olan azərbaycanlısı da var”.

Nazlı Sütçü 5 iştirakçının eyni vaxtda kənarlaşdırılamsına bu cür aydınlıq gətirdi: “Layihədə sırf opera ifaçısı və ya sırf türkü oxuyan qruplar var. Bu dəfə Azərbaycandan qatılan iştirakçıların əksəriyyəti opera ifaçısı olduğundan seçim bu cür oldu. Burda başqa məna axtarmaq sadəcə, ayıbdır və biz buna çox təəssüf edir, çox üzülürük”.

Nazlı Sütçü azərbaycanlı iştirakçıların hansısa yanlış addımları ola biləcəyi barədə iddialara da açıqlama verib: “Qətiyyən azərbaycanlı iştirakçıların heç birinin yanlış addımları, bir qüsurları, sayğısızlıqları olmayıb. Əxlaqları ilə bağlı da heç bir problem yaşanmayıb. Sadəcə, seçilmə ilə bağlı mərhələdə bu cür qərar verildi”.

AzNews.az