Əkiz uşağa hamilə olan dünyaca məşhur ulduz Beyonce qızı Blu Ayvi Karterin adını əmtəə nişanı kimi qeydiyyatdan keçirmək üçün ərizə təqdim edib. Əkiz uşağa hamilə olan dünyaca məşhur ulduz Beyonce qızı Blu Ayvi Karterin adını əmtəə nişanı kimi qeydiyyatdan keçirmək üçün ərizə təqdim edib.

Qızının adını əmtəə nişanı kimi qeydiyyatdan keçirdi - Beyoncedən gözlənilməz qərar

Əkiz uşağa hamilə olan dünyaca məşhur ulduz Beyonce qızı Blu Ayvi Karterin adını əmtəə nişanı kimi qeydiyyatdan keçirmək üçün ərizə təqdim edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Beyonce və Cey Zi cütlüyü hələ 2012-ci ildə hazırladıqları ərizəyə 14 növ malın adını daxil edib. Bunlar arasına kosmetika, saça və dəriyə qulluq vasitələri, mobil oyunlar, uşaq malları, mətbəx avadanlıqları, oyun kartları və sairə daxildir.

Lakin cütlük patenti necə istifadə edəcəyi barədə məlumat vermədikləri üçün 2012-ci ildə ərizə rədd edilmişdi. Yeni təqdim edilmiş ərizədə isə uşağın adının brend kimi istifadə olunacağı qeyd olunub.

Bundan başqa Beyonce hamiləliyin 7-ci ayına təsadüf etməsinə baxmayaraq, nüfuzlu Coachella musiqi festivalında iştirak etməyi planlaşdırır.