Məşhur müğənni gözlənilmədən fanatına kömək etdi - Fotolar

24 yaşlı oğlan həm dünyaca məşhur ifaçını, həm də sevgilisini təəccübləndirib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Selin Dionun fanatı olan sevgilisinə qeyri-adi formada evlilik təkifi etmək istəyən Nik Janevski sən demə, ifaçının menecerinin şəxsi məşqçisidir. O, sevgilisi ilə birlikdə Selinin konsertdən sonra fanatlarıyla ənənəvi görüşünə qatılıb.

Bu fürsətdən istifadə edərək Selin Dionun gözü qarşısında gözlənilmədən sevgilisi Ostin Makmillana nişan üzüyü təqdim edib.

Sevincini jurnalistlərlə bölüşən Ostin deyib ki, təklifi eşidən zaman bir neçə dəqiqə heç nə deyə bilməyib. Selin Diona baxdıqdan sonra isə, Niki qucaqlayıb.