- Köhnə - Şou-biznes
- 14 Mart 2017 21:55
- 8 108
Dima Bilanın yeni imicinin səbəbi bəlli oldu - Foto
Rusiyanın məşhur müğənnisi Dima Bilanın yeni imici barədə onun prodüseri və yaxın dostu Yana Rudkovskaya açıqlama verib.
AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, "Eurovision" qalibinin saçlarını kəsdirərək keçəl olması və arıqlaması onun fanatlarını narahat edib. Onlar ifaçının ağır xəstəlikdən əziyyət çəkdiyini söyləyiblər.
Bu gün isə Yana Dimanı sevənləri narahat olmamağa çağırıb. Onun sözlərinə əsasən, Bilan xəstə deyil, onun yeni imici isə yaxın günlərdə reallaşacaq bir proyeklə bağlıdır.