Hollivud aktrisası Anjelina Colinin şəxsi həyatında təkcə Bred Pitt “qara siyahı”da deyil. Hollivud aktrisası Anjelina Colinin şəxsi həyatında təkcə Bred Pitt “qara siyahı”da deyil.

Anjelina Coli atasına nəvələriylə görüşməyi qadağan etdi

Hollivud aktrisası Anjelina Colinin şəxsi həyatında təkcə Bred Pitt “qara siyahı”da deyil.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, atası Con Voytla uzun müddət ünsiyyət saxlamayan Coli bir müddət onunla yaxınlaşmağa çalışdı. Bred Pittdən ayrıldıqdan sonra isə yenidən atasıyla ilə ünsiyyətini kəsdi.

Anjelinanın qadağalarına baxmayaraq, Voyt nəvələriylə görüşməyə çalışır, buna görə dəfələrlə qızına və onun komandasına müraciətlər ünvanlayıb.

Anjelinanın ailə üzvlərindən ünsiyyət saxladığı yeganə şəxs qardaşı Ceyms Heyvendi. Ceyms bacısı boşandığı müddətdə onun övladlarına baxıb, yaxından kömək edib. Hazırda o, atası və bacısı arasında körpü rolunu oynayır. Bu münasibətləri düzəltməyə çalışsa da, şans çox azdı. Onun sözlərinə görə, Anjelina sadəcə atasını sevmir və nəvələrini görməyə layiq deyil.

Qeyd edək ki, Anjelinanın 3 yaşı olanda, valideynləri boşanıb. Anjelina bu ayrılığın yeganə səbəbinin atası olduğunu düşünür.