Oskar mükafatına 3 dəfə namizəd olan 58 yaşlı aktrisa Mişel Pfayffer uzun fasilədən sonra yenidən Hollivuda qayıdır. Oskar mükafatına 3 dəfə namizəd olan 58 yaşlı aktrisa Mişel Pfayffer uzun fasilədən sonra yenidən Hollivuda qayıdır.

Al Paçino məşhur aktrisanı çəkiliş meydançasında ağlatdı (Fotolar)

Oskar mükafatına 3 dəfə namizəd olan 58 yaşlı aktrisa Mişel Pfayffer uzun fasilədən sonra yenidən Hollivuda qayıdır.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa Interview jurnalının aprel nömrəsi üçün yeni fotosessiya etdirib. Jurnala verdiyi müsahibəsində yeni yaradıcılıq planlarından danışıb. Aktrisa 1983-cü ildə çəkildiyi "Çapıqlı üz" filminin çəkiliş meydançasında yaşadığı hissləri yada salıb:

“Bu dəhşət idi. Çəkiliş 6 ay davam etdi. Meri Elizabet Mastrantonio və mən çəkiliş meydançasında yeganə xanımlar idik. Sanki, bu kişilər klubu idi. Al Paçino bizə tamamilə saymazyana münasibət göstərirdi. Buna görə, mən bir neçə gün gecələr hönkürtüylə ağlamışam.”

Aktrisa Darren Aronofskinin çəkdiyi “Ana” adlı filmlə yenidən ekranlara qayıdır.

image description image description image description image description