- Köhnə - Şou-biznes
- 30 Mart 2017 23:45
- 7 782
Heykəltaraş hamilə Beyonsenin qəribə heykəlini hazırladı - Foto
Dünyaca məşhur ulduz Beyonse hamiləliyinin sonuncu ayını yaşayır. Onun bədən quruluşu isə heykəltaraşı qeyri-adi heykəl yaratmağa ilhamlandırıb.
AzNews.az The Telegraph-a istinadən xəbər verir ki, heykəltaraş Devid Bredli ulduzun pendirdən heykəlini düzəldib.
Heykəl aprelin 1-də Londonda keçirilən pendir və şərab festivalında nümayiş etdiriləcək. Bu qeyri-adi heykəlin hazırlanmasına 20 kiloqram çedder pendiri sərf olunub.
