- Köhnə - Şou-biznes
- 7 Aprel 2017 20:31
- 7 637
Afaq Aslan Ərdoğana dəstək oldu - Foto
Azərbaycanlı müğənni Afaq Aslan Türkiyəyə yollanıb.
AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Türkiyənin bir çox ciddi mətbuat orqanı onun prezident Rəcəb Tayyib Ərdoğana dəstəyindən yazıb. İfaçı açıqlamasında bildirib ki, aprelin 16-da keçiriləcək referendumdakı dəyişikliklərin lehinə cavab alınmasını istəyir. Onun bu fikirlərini “Milliyet.com.tr” , “Haberler.com” , “Yenisafak.com”, “İhlas xəbər agentliyi”, “Sondakika.com”, “yurthaber.mynet.com” kimi saytlar yayımlayıb.