- Köhnə - Şou-biznes
- 9 Aprel 2017 21:42
- 9 949
“Eurovision” təmsilçisindən rekord nəticə - 87 milyon dəfə baxıldı
İtaliyanı bu il müsabiqədə təmsil edən Francesco Gabbani inanılmaz uğura imza atıb.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, onun müsabiqə üçün oxuduğu Occidentali's Karma mahnısı YouTube-da 87 milyondan çox baxış sayı toplayıb. Bu isə müsabiqənin tarixində ilk nəticə hesab olunur.
O, bu il Kiyevdə keçiriləcək “Eurovision” müsabiqəsinin təmsilçiləri arasında favorit hesab olunur.
Qeyd edək ki, bu il ölkəmizi Diana Hacıyeva “Skeletons” mahnısıyla təmsil edir.