- Köhnə - Şou-biznes
- 12 Aprel 2017 23:23
- 12 230
Uill Smit oğlunun saçlarını kəsdi - filmə görə (Foto)
Hollivud aktyoru Uill Smit oğlunun dredli saçlarını kəsib.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun zaman bu saçlarla gəzən Ceyden atasından onu bu saçlardan xilas etməyi xahiş edib. Uill də oğlunun bu hörüklü saçlarını sevə-sevə kəsərək, sosial şəbəkədə paylaşıb.
Bir neçə dəqiqə ərzində paylaşım 150 mindən çox bəyənmə toplaya bilib.
Uill Smitin sözlərinə görə, obrazın radikal dəyişməsinə səbəb oğlunun yeni filmə çəkilməsidir.

