Meyxanaçı Samirənin həmkarı Kərimin xəstəxanada yatdığı yerdə çəkdiyi şəkil etiraza səbəb olub. Kərimin ailə üzvləri həmin şəklin "meyit"ə bənzədiyini iddia edir. Meyxanaçı Samirənin həmkarı Kərimin xəstəxanada yatdığı yerdə çəkdiyi şəkil etiraza səbəb olub. Kərimin ailə üzvləri həmin şəklin "meyit"ə bənzədiyini iddia edir.

Meyxanaçı Samirə Kərimdən danışdı: “Ona görə başım ağrıdı” (FOTO)

Meyxanaçı Samirənin həmkarı Kərimin xəstəxanada yatdığı yerdə çəkdiyi şəkil etiraza səbəb olub. Kərimin ailə üzvləri həmin şəklin "meyit"ə bənzədiyini iddia edir.

Meyxanaçı Samirə AzNews.az-a müsahibəsində bu səbəbdən rahatlığının pozulduğunu dedi:

-Meyxana ifaçısı Kərimin ölüm xəbərini eşitdim. Bu yalana dözə bilməyib onun müalicə olunduğu xəstəxanaya getdim. Kərim sağ-salamat idi. Onun şəklini çəkib sosial şəbəkədə paylaşdım. Həmin şəkillə əlaqədar başım çox bərk ağrıdı. O şəkli paylaşdığımla da, silməyim bir oldu. Kərimin qohumları zəng edib mənə öz etirazlarını bildirdilər.

-Etiraza səbəb nə idi?

-Məni ittiham edirdilər. Deyirdilər ki, Kərimin şəkli yatdığı yerdə çəkilib. Normal çəkilməyib. Kənardan baxan guya ki, onu ölü bilib. Böyük səs-küy qopdu. Deyilənə görə, onun bu şəkli ailə üzvlərinə pis təsir edib. Mən bu şəkli səhifəmdə yerləşdirən kimi onu mətbuat xəbər etdi. Mən də dəfələrlə zəng etdim, xahiş elədim ki, Kərimin həmin şəklini saytdan götürün. Nə qədər dedimsə, məni eşitmədilər. Şəkli yayımlamaqda davam etdilər.

-Yəni, yaxşılığınızın cavabı qiymətləndirilmədi?

-Bəli, dedilər ki, “lazım olsaydı Kərimin şəklini özümüz çəkib paylaşardıq. Sənə nə düşüb?”. Bu irad mənə Kərimin evindən gəldi. İnsanlara yaxşılıq yoxdur. Ona görə də özümə konkret olaraq qadağa qoydum. Bir də kiminsə şəklini nə çəkərəm, nə də onu sosial şəbəkədə paylaşaram.

-Kərimin anasının yas mərasiminə getmişdiniz?

-Yox, Bakıda deyildim. Amma xəstəxanaya yanına getdim.

-Hazırda səhhəti necədir?

-Yaxşıdır, danışır, rahat halda gəzir, özünü idarə edir, insanları tanıyır, müzakirə aparır, yaddaşı da ki, yerində. Kim deyirsə ki, Kərimin yaddaşı itib, yalandır. Məni görən kimi dedi ki, “ay Samirə hardasan, neçə gündür səni gözləyirəm. Bilirdim ki, gələcəksən. Gözüm qalıb yolda, bütün hacılar gəlib, bir səndən başqa.” Dedim ki, sən pis olan gündən hər gün gəlirəm, amma reanimasiyada olduğundan səni görə bilmədim. Orada olanda Kərim əlimdən tutub saxlamışdı, buraxmırdı, deyirdi “Samirə, nə olar getmə,” Şükürlər olsun, yavaş-yavaş düzəlir. Hər halda, Kərimin ölüm xəbərini yayanlar axmaq iş gördülər. Yalan bir məlumatla bir ananı öldürdülər. Ümumiyyətlə, bizdə həyatı düşünən yoxdur. Təki reytinq çox olsun, insanların diqqətini o sayta cəlb eləmək xatirinə yeri gəldi-gəlmədi yalan yazırlar. Nəyisə eşitdinsə, bunu dəqiqləşdirməlisən. Onun ölümünə sosial media səbəb oldu. Kərimin ailəsi bunu belə qoymaz. Onlar həmin saytı məhkəməyə verirlər. Çox düzgün də edirlər. Belə bir məlumat sabah yenə yayıla bilər. Ona görə də həmin adam cəzalanmalıdır. Biz meyxana ifaçıları ilə də bu məsələni müzakirə etdik. Bu xəbər hamıya pis təsir edib.

-Türkiyədən dəvət almışdınız. Dəvətlə bağlı işlər nə yerdədir?

-Hə. Türkiyədən dəvət aldığım kanal hazırda İranda televiziya açır. Onlar mənim kasetlərimi də İrana aparıb. Axı mənim fars, ərəb dilində ifalarım var. Həmin ifalar böyük səs-küyə səbəb olub. Bir saat müddətində bir milyon bəyənmə olub. İndi gözləyirəm, görək, nə olacaq? Hər halda, mənə edilən bütün təklifləri dəyərləndirəcəm.

Bahar RÜSTƏMLİ

AzNews.az