Müğənni Eldar Qasımovun rəsmi instaqram səhifəsi bağlanıb. Müğənni Eldar Qasımovun rəsmi instaqram səhifəsi bağlanıb.

Erməni hakerlərinin hücum etdiyi müğənninin "İnstagram" səhifəsi bağlandı

Müğənni Eldar Qasımovun rəsmi instaqram səhifəsi bağlanıb.

AzNews.az-a xəbər verir ki, erməni hakerləri tərəfindən səhifəsi ələ keçirilən sənətçi onun bağlanması üçün izləyicilərinə müraciət edib. Eldar Qasımov izləyicilərindən ələ keçirilən səhifənin şikayət olunması üçün ona dəstək vermələrini xahiş edib.

Bütün çağırışlardan və edilən şikayətlərdən sonra sənətçinin səhifəsi deaktiv olunub.

"Eurovision 2011” qalibi Eldar Qasımovun İnstaqram səhifəsi erməni hakerlər tərəfindən ələ keçirilib. Sənətçi məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edib.

Bahar RÜSTƏMLİ

AzNews.az