- Köhnə - Şou-biznes
- 23 Aprel 2017 20:08
- 4 753
Samirin maşınına hücum ediblər - Foto
Teleaparıcı Samir Bayramlının maşınına hücum ediblər.
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, heç nə oğurlanmasa da, maşına ziyan dəyib:
“Günümü belə açdım. İlk dəfədir ki, başıma belə iş gəlir. Maşını saxlayırsan, səhər gəlirsən ki,belə bir mənzərə. Düzdür, heç nə oğurlanmayıb. Oğru ya çatdırmayıb, ya da bilmirəm...Problem gələndə üst-üstə gəlir”.
Samir belə hadisələrin tez-tez baş verdiyini nəzərə alaraq izləyicilərinə ehtiyatlı olmağı tövsiyə edib.