Türkiyənin məşhur kino və teatr aktyoru Səlim Ərdoğan saxlanılıb. Türkiyənin məşhur kino və teatr aktyoru Səlim Ərdoğan saxlanılıb.

Məşhur aktyor tutuldu - Foto

Türkiyənin məşhur kino və teatr aktyoru Səlim Ərdoğan saxlanılıb.

AzNews.az Türkiyə KİV-klərinə istinadən xəbər verir ki, Marmarisdə bir villada narkotik maddənin becərildiyi barədə polis orqanlarına məlumat daxil olub. Hərəkətə keçən polis qüvvələri aktyorun Marmarisdəki Bozburun məhəlləsindəki villasına baxış keçirib. Nəticədə şüşə qabların içərisində paketlənmiş halda 800 qram narkotik vasitə aşkarlanıb. Əməliyyat çərçivəsində aktyor saxlanılıb.

Məlumata görə polisə müqavimət göstərən aktyor evinin bir guşəsini xüsusi olaraq narkotik vasitəni yetişdirmək və qurutmaq üçün ayırıb.

Aktyorun narkotik vasitə becərdiyi villa