- Köhnə - Şou-biznes
- 20 Avqust 2017 21:11
- 12 657
Dünyaca məşhur Hollivud ulduzunu tanımayıb, onu "qaçqın" adlandırdılar (Foto)
Dünyaca məşhur aktyor Samuel L. Cekson və basketbolçu Medcik Conson İtaliyanın bir neçə şəhərinə səyahət edib, gəzinti zamanı bahalı butiklərdən alış-veriş edib, daha sonra yorularaq küçədəki skamya əyləşib.
AzNews.az istinadən xəbər verir ki, həmin küçədən keçən yerli sakinlər onları tanıyaraq, fotolarını çəkib, sosial şəbəkələrdə paylaşıblar. Lakin, heç də bütün italyanlar bu məşhurları tanımayıb.
İtalyan model Nina Moriç bu iki şəxsi tənqid edərək belə bir paylaşım edib:
"Onlar Forte-dey-Marmi və ya Milano-Marittima kimi bahalı kurortlarda bizim verdiyimiz 35 avro ilə skamyalarda gecələyirlər. Hökumətin onlara verdiyi bu pul artıqdır." - şərhini yazıb.
Modelin bu şərhi isə bir çox blogerlərin, sosial şəbəkə istifadəçilərinin gülüşünə səbəb olub.
