Tanınmış amerikalı caz ifaçısı, "Qremmi" mükafatı laureatı Patti Ostin noyabrın 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertində tamaşaçılara maraqlı proqram təqdim edəcək. Tanınmış amerikalı caz ifaçısı, "Qremmi" mükafatı laureatı Patti Ostin noyabrın 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertində tamaşaçılara maraqlı proqram təqdim edəcək.

Məşhur müğənni Bakıda konsert verəcək

Tanınmış amerikalı caz ifaçısı, "Qremmi" mükafatı laureatı Patti Ostin noyabrın 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertində tamaşaçılara maraqlı proqram təqdim edəcək.

AzNews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, P.Ostin “First Lady of Jazz” (“Cazın birinci ledisi”) Ella Fitzercaldın xatirəsinə ithaf etdiyi “For Ella” albomundan kompoziyaları ifa edəcək.

Caz həvəskarları konsertdə “Too Close For Comfort”, “Honeysuckle Rose”, “You’ll Have To Swing It”, “Our Love Is Here To Stay”, “A Tisket A Tasket”, “Miss Otis Regrets”, “The Man I Love”, “Hearing Ella Sing” və digər hitləri dinləyə biləcəklər.

P.Ostin indiyədək izləyicilərə 17 solo musiqi albomunu təqdim edib. “Avant Gershwin” albomuna görə isə o, 2008-ci ildə “Ən yaxşı caz vokal albomu” nominasiyasında “Qremmi” mükafatı ilə təltif olunub.