Zərrab və Ebru Gündeş cütlüyünün qızının əmlakına həbs qoyuldu

ABŞ-da həbsdə olan Rza Zərrabın 6 yaşlı qızının da əmlakı müsadirə edilib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, müsiqilərə sözlər yazan, Sibel Can və İbrahim Tatlısəslə işləyən Rza Zərrab özündən 10 yaş böyük Ebru Gündeşlə məhz bunun sayəsində tanış olub. Ebru Gündeş 2005-ci ildə Rza Zərrabın qardaşının toyunda iştirak edib. Zərrab Ebru Gündeşin uzun müddət pərəstişkarı olub. 2 mahnısını Ebru Gündeşə yoldaşları vasitəsilə göndərib.

Bundan çox təsirlənən Ebru Gündeş Zərrab ilə görüşmək istədiyini bildirib. Onlar 2010-cu ildə ailə həyatı qurub. 2011-ci ilin 15 oktyabrında Rza Zərrab və Ebru Gündeşin Alara adlı qız övladı dünyaya gəlib. İndi Alaranın 6 yaşı var.

Zərrab ilə Gündeş qızlarını daim kameralardan uzaq tutublar. Bir müddət əvvəl məhkəmə Rza Zərrab və onun yaxınlarının əmlaklarına həbs qoyub. Bunlardan sonuncusu da Rza Zarrabın qızı Alara Zərrab olub. Alara Zarrabın hansı əmlakının üzərinə həbs qoyulduğu açıqlanmır.

Ebru Gündeşin əmlakı müsadirə edilməyib. Bunun səbəbi nikahdan əvvəl imzaladıqları müqavilədir. Alaranın əmlakına qoyulan həbs isə Rza Zərrabın bəzi əmlaklarını qızının adına keçirməsi olub.