Əli Mirəliyev “öldü” - Ağı dedilər, şərəfinə badə də...

Bu gün səhər saatlarında müğənni Əli Mirəliyev “ölüb”.

AzNews.az xəbər verir ki, ARB telekanalının "Səhər-səhər" verilişində saxta yas mərasimi qurulub. “Ölü” obrazını yaradan Əli Mirəliyev üzü qibləyə uzadılıb, üstünə gül dəstəsi qoyulub və ağı deyilib. Verilişə dəvət olunan qonaqlardan biri Əli Mirəliyevin dünyadan köçməsinin şərəfinə badə qaldırmağı da təklif edib. Sənətçinin bu fotosu sosial şəbəkədə ictimai qınağa səbəb olub.

Müğənni Əli Mirəliyev AzNews.az-a açıqlamasında hazırda televiziya verilişlərinin birində canlı yayımda olduğunu deyib:

“Yaxşıyam, ölməmişəm. Hazırda verilişdəyəm, danışa bilmirəm”.

AzNews.az