Xalq artisti Avropa səfərinə başlayır

"Grammy" mükafatına namizəd göstərilmiş məşhur amerikalı repçi Snup Dogla (Snoop Dogg) birgə çəkilən klipin növbəti hissələrini reallaşdırmaq üçün Aygün Kazımova martın 22-də Avropa səfərinə başlayır. Müğənninin mətbuat xidmətindən verilən məlumata görə, Kazımova Bakıdan İstanbula, oradan isə Rumıniyaya yola düşəcək. Xalq artisti bu ölkədə çoxdandır planlaşdırılan rəqs səhnələrinin çəkilişini reallaşdıracaq. Bu səhnələrin quluşu iki xoreoqrafa aiddir. Birincisi, Los Ancelesdəki çəkilişlərdə iştirak edən, Castin Timberleykin xoreoqrafı Marti Kudelka, ikincisi isə Cennifer Lopezin xoreoqrafı Hamzadır. Vizajı Los Ancelesdəki çəkilişlərdə Aygün Kazımova ilə birgə çalşan xanım Diamond edəcək. O həm də Meray Keri, Beyonc və bir çox tanınmış xanım ulduzların vizajistidir.

Və əvvəlcədən elan olunduğu kimi rəqs səhnəsində Aygün Kazımovanı Beyonsun rəqs qrupu müşayət edəcək. Bu rəqsin tərkibində tamaşaçılar çox orijinal bir ideyanı görəcəklər. Hələ ki, bununla bağlı məqamlar məxfi saxlanılır. Xalq artisti ayın sonunda vətənə dönəcək.
Klip aprel ayında təqdim olunacaq və bunun ardınca hər iki sənətçinin Avropa turnesi start götürəcək.

AzNews.az