Müğənni Nurlan Əzizbəylinin sosial şəbəkədə videosu yayılıb. Müğənni Nurlan Əzizbəylinin sosial şəbəkədə videosu yayılıb.

Nurlan Əzizbəyli istirahət məkanında “yaxalandı” - Video

Müğənni Nurlan Əzizbəylinin sosial şəbəkədə videosu yayılıb.

AzNews.az xəbər verir ki, sənətçi istirahət məkanlarının birində gizlin kameraya tuş gəlib. Yanındakı qadına Azərbaycan filmləri haqqında danışan Nurlan Əzizbəyli qəhrəmanların birini yamsılayıb. Bu zaman uzaqda dayanan qadınlardan biri onun rəqsini gizlin kameraya çəkib.

Müğənni Nurlan Əzizbəyli AzNews.az-a açıqlamasında fotosessiya ilə əlaqədar çəkilişə getdiyini bildirib:

“Həm də klip üçün kadrlar götürməliydik. Arzu Abbasovadan yeni manhı almışam. “Bəxt üzüyü” filmində Söylü obrazından bəzi hərəkətləri göstərdim. Leyla Əlizadə ailəmizin yaxını, eyni zamanda tələbəmdir. Arzu xanım bizi gilin çəkdi və sosial şəbəkədə paylaşdı. Həmin kadrı mənə də göstərmişdi. Elə bir şey görmədim. Yazıblar ki, sevgilisidi, nə bilim nəyidi... Elə şey yoxdur, ola da bilməz. Elə şey olsa icazə verərdim paylasın? Mən yoldaşıma heç vaxt xəyanət etmərəm. Ağzılarına gələni yazırlar, ayıbdır ey”.

Публикация от Nurlan Ezizbeyli (@nurlan_ezizbeyli_official) 2 Июл 2018 в 4:49 PDT

Bahar RÜSTƏMLİ
AzNews.az