Türkiyəli müğənni Kibariyənin həyat yoldaşı Əli Küçükbalıqçı bu yaxınlarda sarışın bir qadınla dəniz kənarında görüntülənmişdi. Türkiyəli müğənni Kibariyənin həyat yoldaşı Əli Küçükbalıqçı bu yaxınlarda sarışın bir qadınla dəniz kənarında görüntülənmişdi.

Kibariyənin əri haqqındakı xəbər yalan çıxdı - Fotolar

Türkiyəli müğənni Kibariyənin həyat yoldaşı Əli Küçükbalıqçı bu yaxınlarda sarışın bir qadınla dəniz kənarında görüntülənmişdi.

"Qafqazinfo"nun "Posta"ya istinadən məlumatına görə, Əlinin yanındakı qadının Kibariyənin yaxın rəfiqəsi olduğu deyilsə də, yazılanlar düz çıxmayıb. Belə ki, Əli ilə sahildə görüntülənən elə cütlüyün öz qızı Birgül olub. Bu barədə xəbər hazırlayan müğənni-yazıçı Onur Akay Kibariyədən və ərindən üzr istəyib:

"Əlinin yanındakı qadın haqda inandığım bir həmkarım "Kibariyənin rəfiqəsidir" demişdi. Mən də onların bu dəfə boşanacaqlarını yazdım. Ancaq araşdırandan sonra öyrəndim ki, Əli bəyin yanındakı elə öz qızı imiş. Bu dəfə inandığım insanlar da məni yanıltdı. Kibariyədən və ərindən üzr istəyirəm".

Qeyd edək ki, Kibariyə ilə əli Küçükbalıqçı 1999-cu ildə ailə qurub. Müğənni ərindən 20 yaş böyükdür.

AzNews.az

image description image description