Müğənni İbrahim Tatlısəs tanınmış prodüser Erol Köseni məhkəməyə verib. Müğənni İbrahim Tatlısəs tanınmış prodüser Erol Köseni məhkəməyə verib.

Tatlısəs tanınmış prodüseri məhkəməyə verdi

Müğənni İbrahim Tatlısəs tanınmış prodüser Erol Köseni məhkəməyə verib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi Kösenin ondan icazə almadan “Tatlıses klasiği” adlı albom çıxardığı üçün belə bir addım atıb.

Tatlısəs şikayət ərizəsində albomların satışdan çıxarılmasını tələb etdiyini vurğulayıb. O, eyni zamanda prodüserdən 10 əsərini alboma saldığı üçün 98 min TL təzminat tələb edib.

Bundan başqa, layihədə ifaçının şəkillərindən istifadə olunduğu görə 10 min lirə maddi, 10 min TL mənəvi olaraq zərbə aldığını deyərək təzminat istəyir.

AzNews.az