- Köhnə - Şou-biznes
- 21 Avqust 2018 12:24
- 6 082
İki arvadı ilə birlikdə şəkil çəkdirən əməkdar artist: “Gözlərim üstlərindədir”

Əməkdar artist, Kukla Teatrının aktyoru Rəhman Rəhmanov hər iki həyat yoldaşı ilə birgə çəkilən fotodan danışıb.
Aktyor AzNews.az-a açıqlamasında bildirib ki, sözü gedən foto iki il bundan əvvəl çəkilib:
“Mən birinci həyat yoldaşımdan normal şəkildə ayrılmışam. O, mənim uşaqlarımın anasıdır. Bu gün onlarla əlaqələrimiz var. Uşaqlarımı atmamışam. Diqqətim həmişə üstlərindədir. Qadınlar biri-birinə qarşı xain deyillər. Gözəl münasibətləri var. Biri nəsə bir iş tutanda məsləhətləşirlər”.
Bahar RÜSTƏMLİ
AzNews.az