- Köhnə - Şou-biznes
- 29 Mart 2013 10:50
- 2 490
Azərbaycanlı müğənniyə ABŞ-dan təklif gəldi

Qeyd edək ki, C.Qurbanovun repertuarında sözləri E.Qrişinin, musiqisi Eldar Həsənova aid Müslüm Maqomayevə həsr olunan "İthaf" kompozisiyası yer alıb. Elə amerkalı bəstəkarın diqqətini çəkən də məhz azərbaycanlı müğənninin bu ifası olub. C.Qurbanovun sözlərinə görə, B.Kolos Müslüm Maqomayevin pərəstişkarı olub:
"Bəstəkar bizim Müslüm Maqomayevə həsr edilmiş klipimizi görüb. Bundan sonra Eldar müəllimlə əlaqə yaradıb və ondan Müslüm Maqomayevə mahnı bəstələməsini xahiş edib. Bəstəkar deyib ki, mən yazaram, amma bu sizinki kimi alınmayacaq."
Hazırda həmin mahnı üzərində iş gedir. Amerika bəstəkarının təklifi ilə ərsəyə gələcək mahnı yaxın vaxtlarda C.Qurbanovun ifasında təqdim ediləcək.
Bahar Rüstəmli
AzNews.az