- Köhnə - Şou-biznes
- 6 May 2013 07:25
- 3 234
“Aygün Kazımovanın üzü üzlər görüb”

“Orada erotika var, yoxsa porno?”
Xalq artisti Aygün Kazımovanın "Mən Qarabağda-Qubadlı və Zəngilanda iki ay vuruşmuşam" deyə, Amerika jurnalistlərinə verdiyi açıqlaması istər qubadlılar, istərsə də Qarabağ döyüşçülərinin narazılığına səbəb oldu. Bu barədə Qubadlı batalyon komandirləri öz rəylərini versə də, nədənsə sənətkar susmağa üstünlük verdi.
Amma sənətkarın yaxını DJ Kazım Bağırov AzNews.az-a bildirdi ki, videogörüntüdə döyüşməyə xələl, ya da təhqir gətirəcək heç nə yoxdur: "Biz bilirik bu yazını Aygün xanım haqqında kim yazdırıb. Onun adını deməyəcəm. Müğənni, ya siyasətci, hər halda bu aydındır. O videoda nə var axı? Ona baxanda görürsən ki, Aygün Kazımova necə döyüşüb. Orada erotika var, yoxsa porno. Görüntüdə döyüşməyə xələl, ya da təhqir gətirəcək nə var axı? Aygün Kazımova hansısa oliqarx, milyonçu ilə deyil, Azərbaycan əsgəri ilə rəqs edib. Nə olsun? Vuruşmağına vuruşub. Hər bir adamın həyatına baxanda keçmişində nəsə var. Onun Qarabağla bağlı saysız klipləri var. Bunlar gözə niyə görünmədi? Elə qısa yubkada əsgərdən rəqs etməsi camaatın gözünə girdi? Niyə yaxşı şeyləri demirlər? Bir aydan sonra bunlar deyil, daha maraqlı hadisələr olacaq. 25 ildir ki, Aygün Kazımova səhnədədir, üzü üzlər görüb. Aygünü "vurub"lar, yenə də qalxıb. Əksinə onu belə şey qaldırır".
Bahar Rüstəmli
AzNews.az