Tolik: “Birinci Faiq mənə sataşdı” – Rüsvayçılıq

Tanınmış prodüser müğənniləri "yaş yuyub, quru sərdi"

Son günlərdə xalq artistləri arasında yaşanan söz davası əhatəsini genişləndirməkdədir.

AzNews.az-ın məlumatına görə, bu dəfə tanınmış prodüser Toliklə xalq artisti Faiq Ağayev üz-üzə gəlib. Tolik xalq artistinin ünvanına bir sıra ittihamlar səsləndirib.

Prodüser deyib ki, ilk olaraq F.Ağayev ona sataşıb: "Birinci Faiq mənə sataşdı. Mən də ona görə cavabını verdim. Guya mənim hansısa şəklim var (söhbət Tolikin banan yeyərkən çəkilmiş şəklindən gedir-red.). Burada ayıb olan nədir? O şəkil bütün saytlarda var. Orada mən nə lütəm, nə tumançaq. Zarafatyana çəkilən şəkillərdir".

Tolikin sözlərinə görə, sosial şəbəkələrdə sənət adamları haqqında yayılan xəbərlər, şəkillər elə onların özlərindən gələn sifarişdir: "Müğənnilər özlərinin etməyə cürəti çatmayan şeyləri fanatlarına etdirirlər. Müğənnilərin elə biabırçı eyibləri var ki… Onları saytlara belə qoymaq biabırçılıqdır. Kimə gəldi sataşırlar. Bu, bekarçılıqdan yaranan şeylərdir. Gündəmdə qalmaq üçün hər şeyi edirlər".

Tanınmış prodüser bildirib ki, Bakıya gəlməyi ilə cəhənnəmə gəlib: "Bu şou-biznes deyil…Rüsvayçılıqdır. Ya bir nəfər çıxıb, bunların qarşısını kəsməlidir. Böyük-kiçik də qalmayıb. Mən utanıram vallah. Ən aşağı pillədə olan müğənni çıxıb, yuxarıdakına əxlaq dərsi verir. Sənəti olmayan sənəti olandan danışır".

Bahar Rüstəmli
AzNews.az