- Köhnə - Şou-biznes
- 30 İyul 2013 15:37
- 8 522
Elşad Xose: “Olub-keçənləri unutmağa çalışıram“

O, Axşam.az saytına açıqlamasında son günlərdə mediada keçmiş həyat yoldaşı rəqqasə Oksananın onunla bağlı paylaşdıqlarına cavab verib:
"Son vaxtlar internetdən tamamilə uzaqlaşmışam. "Facebook"da da oturmuram. Onla bağlı heç bir məlumatı oxumuram, ümumiyyətlə xəbər portallarını izləmirəm. Yalnız istirahət edib, olub-keçənləri unutmağa çalışıram. Yenicə özümə gəlmişəm. Oksananın sosial şəbəkədə paylaşdıqlarından xəbərsizəm".
Reper "Yenidən barışıq ola bilərmi" sualına isə belə cavab verib:
"Zaman nə göstərər deyə bilmərəm. Bu mövzularla bağlı çox şey danışmaq istəmirəm".
AzNews.az