Elza Seyidcahan etiraf etdi: “İnsanları mədəni sürətdə aldadıram“

Əməkdar artist Elza Seyidcahan istirahətə vaxt tapa bilməməkdən gileylənib.

Axşam.az-ın məlumatına görə, sulara verdiyi konsertin səs-sorağı səngiməmiş, müğənni yeni layihənin hazırlıqlarına başlayıb.

Elza Seyidcahan bir çox xarici ölkəyə dəvət olunduğunu, amma imtina etdiyini deyib: "Yay gəlməsinə baxmayaraq işdən vaxt tapıb, istirahətə gedə bilmirəm. Baxıram bütün sənət dostlarım dincəlir. Deyirəm şou-biznesi, bu meydanı boş qoymaq olmaz. Mən də burda işlərimlə məşğul oluram. Hər gün müxtəlif ölkədə yaşayan dostlarımdan dəvətlər gəlir. Ailəmlə birlikdə məni xaricə dincəlməyə çağırırlar. Mən də hamıya söz verib, insanları mədəni sürətdə aldadıram. Hələ ki heç yerə gedib çıxa bilməmişəm".

Əməkdar artist yaxın günlərdə "Lütf" adlı yeni layihə təqdim dəcəyini də deyib. Bu konsertdə də tamaşaçılar onu fərqli geyimdə və saç düzümündə görəcəklər.

AzNews.az