- Köhnə - Şou-biznes
- 27 Avqust 2013 11:58
- 2 449
İlhamə Quliyeva Faiq Ağayevi ad gününə niyə çağırmayıb?
Qalmaqala isə İ.Quliyevanın doğum günü və yaradıcılığının 50 illiyi münasibətilə keçirilən mərasimə F.Ağayevi dəvət etməməsi səbəb olub.
İ.Quliyeva Axşam.az-a açıqlamasında bildirib ki, o, F.Ağayevi ad günü ilə bağlı keçirdiyi mərasimə dəvət etməyib. Onun fikirincə, F.Ağayev dəvətlə bağlı mətbuata yalan məlumat verib: "Faiq Ağayev sizin sayta verdiyi açıqlamada bildirib ki, ölkə kənarında olduğundan mənim ad günü mərasimimdə iştirak edə bilməyib. Bu, ağ yalandır. Əvvəla mən, Faiq Ağayevi avqustun 17-də "Space" kanalında doğum günümə həsr edilən 4 saatlıq efirə dəvət etməmişəm. Həyatımın bu sevindirici məqamını, həm doğum günümü, həm də yaradıcılığımın 50 illik yubileyini "Meridian" restoranında mənə əziz və doğma olan insanlarla qeyd etdim. Həmin məclisdə sayılıb-seçilən millət vəkilləri, ziyalılar, professorlar, tanınmış sənətkarlar və sənətçilər iştirak edirdi. Bu məclisə də Faiq Ağayevi dəvət etməmişəm".
AzNews.az