Nadir Qafarzadəyə qızıl maral bağışladılar- Foto

Moskvada yaşayan Azərbaycanlı iş adamı müğənni Nadir Qafarzadəyə zinət əşyası bağışlayıb.

Bu barədə Lent.az-a hazırda Moskvada olan müğənni N.Qafarzadə bildirib.

Nadirin dediyinə görə, hədiyyəni ona "Maral" adlı mahnısına görə veriblər:

"Artıq 2 gündür ki, Moskvadayam. Səfərimin məqsədi sırf yaradıcılığımla bağlıdır. Amma ilk gündəcə gözlənilməz sürprizlə qarşılaşdım. Belə ki, Moskvada yaşayan həmvətənimiz mənə qızıldan hazırlanmış maral formasında 2 sənət əsəri bağışladı. Azərbaycanda da sayılıb, seçilən adam olsa da, adının açıqlanmasını istəmir. Sözün düzü, bu hədiyyə mənimçün gözlənilməz oldu. Həmin insana göstərdiyi diqqətə görə, minnətdarlığımı bildirdim. Bildirdim ki, hədiyyənin evimdə özəl bir yeri olacaq".

AzNews.az
image description