- Köhnə - Şou-biznes
- 23 Sentyabr 2013 10:14
- 2 360
Məleykə Əsədova: “Gözəl qəlbimi incidənləri Allaha tapşırıram”
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova AzNews.az-a bu yazılanların ona məxsus fikirlər olmadığını dedi: "Mən elə şeylərdən istifadə etmirəm. Nə də belə sözlər yazmamışam. Mən qətiyyən belə sözlərdən istifadə etmirəm. O, adam mən deyiləm. Kimdirsə, mənim adımdan istifadə edib doğru olmayan fikirlər yürüdürlər. Mənim adımdan neçə dənə Məleykə Əsədova oturub orda. Mənim bircə məhkəməm var - o da Allahımdır. Kimsə məni qırırsa, gözəl qəlbimi bir qıram da olsa incidirsə, haqqımı qoyub, nahaqqı yazırsa, onu Allaha tapşırıram. Allah bilsin onlarla".
Bahar Rüstəmli
AzNews.az