Habil Əliyev: “Mən pis danışmağa öyrəşmişəm”

"Aygün xanım bu sənətin sahibidir. Bu sənətdə onun zəhməti, payı və həmçinin ixtiyarı var. Məndən belə söz almaq çətindir. Çünki mən adətən pis danışmağa öyrəşmişəm".

AzNews.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Lider" telekanalında yayımlanan "Tet-a-tet" verilişinə qonaq olan tanınmış kamança ustası Habil Əliyev deyib.

H.Əliyev xalq artisti Aygün Kazımovanın ünvanına tərif yağdırıb:

"Onun janrı musiqimizdə tamam başqadır. Əgər o, dözüb mənə qulaq asa bilibsə, deməli, böyük sənətkardı. Çünki mənim də sahəm ayrıdır. Əgər mən yaxşı olmayan birinə yaxşı desəm, əsl yaxşı baxıb gülər mənə. Gərək bu sözü elə qiymətli saxlayasan ki, sahibinə çatanda da razı qala".

AzNews.az