“Musa ilə Təranə psixoloqa getsinlər” - Təranə Səmədova


Azərbaycan şou-biznesində Musa Musayev və Təranə Qumral cütlüyü kimi tanınan müğənnilər yenə də qalmaqalla gündəmə gəldi.


"Space" tv-də bu gün yayımlanan "Günaydın" verilişində Musa Musayev və həyat yoldaşı Təranə Qumral prodüser Təranə Səmədova arasında qalmaqal yaşanıb. Tərəflər bir-birilərini sərt şəkildə ittiham ediblər. Verilişdən sonra müğənni Təranə Qumral şəxsi həyatının gündəmə gətirdiyinə görə, verilişi hazırlayanları, eləcə də Təranə Səmədovanı məhkəməyə verəcəyini açıqlayıb.

Prodüser Təranə Səmədova isə AzNews.az-a açıqlamasında bildirib ki, onun barəsində adıçəkilən şəxsin məhkəməyə müraciət etməsindən narahat deyil:

"Yalnız məhkəməyə deyil, Ombudsmana, yaxşı bir hüquqşünasa, eyni zamanda psixoloqa, nevropotoloqa da müraciət etsinlər". T. Səmədova qeyd edib ki, məhkəməyə şikayət etmək hər bir kəsin haqqıdır: "Sadəcə, kimə, nəyi sübut etməyə çalışırlar? Gülməlisi budur".

Bahar Rüstəmli
AzNews.az