Nuradan aparıcılara etiraz: “Gücünüz çatırsa, məmurlardan danışın”

AzNews.az xəbər verir ki, son günlər aparıcıların sənətçilərin şəxsi həyatına müdaxilə etməsinə müğənni Nura Suri sərt reaksiya verib. O, sosial şəbəkədə aparıcılara öz etirazını bildirib:

"Anlaya bilmirəm ki, aparıcılar müğənnilərdən nə istəyirlər. Gedin öz həyatınızı araşdırın, gücünüz çatırsa, məmurlardan danışın. Nə istəyirsiniz bizdən? Biz bu ölkənin vətəndaşlarıyıq və bizim hüquqlarımız dövlətimizin qanunları tərəfindən qorunur.

Maddə 32. Şəxsi toxunulmazlıq hüququ

I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.

II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz".

AzNews.az